Bakı Hərbi Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında nəzarətçi baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
ÇıxışYolu.Com yeniləndi!