Dövlət sərhədini pozan əcnəbi saxlanılıb - FOTO

Dövlət sərhədini pozan əcnəbi saxlanılıb – FOTO

Baxış sayı: 2. 394 dəfə baxılıb.

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla xarici vətəndaşın dövlət sərhədini pozmasının qarşısı alınıb.

DSX mətbuat mərkəzindən ÇıxışYolu.Com-a verilən məlumata görə, dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Qusar rayonunun Şirvanovka kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sər­həd naryadı tərəfindən aşkarlanıb və hərəkətləri nəzarətdə saxlanılıb.

Sərhəd pozucusu sərhəd zastavasının mühəndis texniki çəpərinin məftillərinin arasında keçərək sərhədboyu zolağa daxil olduqdan sonra sərhəd naryadı tərəfindən tutulub.

Sərhəd pozucusunun Özbəkistan vətəndaşı, 1991-ci il tə­vəl­lüdlü Tukhtasinov Tolibjon Rahmanjon oğlu olması müəyyənləşib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.ÇıxışYolu.Com