067133be-75c7-4cef-bf76-9f6b5e6d7c6a..jpg

Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanıldılar – FOTO

Baxış sayı: 2. 440 dəfə baxılıb.

Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanıldılar – FOTO

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzi
məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 27-də saat 10:45-də DSX-nin Sərhəd Qoşunlarının
“Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan
istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Pakistan vətəndaşı
saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri,
dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa
ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Source link