ea472aaa-2051-46d5-8841-85796dc6fd3a..jpg

Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə məcburi qiymətləndiriləcək

Baxış sayı: 574 dəfə baxılıb.

Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə məcburi qiymətləndiriləcək

Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə əmlakın məcburi
qiymətləndirilməsi həyata keçiriləcək.

APA-nın xəbərinə görə, bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə
fəaliyyəti haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Layihəyə əsasən, məcburi qiymətləndirmə halları müəyyənləşir.

Belə ki, dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta
növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət
və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan
əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı
ilə nəzərdə tutulmuş digər hallarda əmlakın məcburi qiymətləndirilməsi həyata
keçiriləcək.

Məcburi qiymətləndirmə 2027-ci il iyulun 1-dən 3 (üç) ildən az olmayan
müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər
Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla biləcək.

Source link