4f524fc0-084f-4735-beec-b3f061b5e425..jpg

Dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Baxış sayı: 527 dəfə baxılıb.

Dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında
olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri
Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən
Zəfər parkında olublar.

“Report” xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül
dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2
dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün – 27
sentyabr – Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün
dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin
xatirəsini dərin ehtiramla anırlar.

Source link