e59e9b73-8da2-4025-be63-8dfa4229c697..jpg

Dövlət Vergi Xidmətinin keçmiş vəzifəli şəxslərinə HÖKM OXUNDU

Baxış sayı: 624 dəfə baxılıb.

Dövlət Vergi Xidmətinin keçmiş vəzifəli şəxslərinə HÖKM OXUNDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər
İdarəsinin sabiq rəisi Zaur Sefi oğlu Adilov və həmin idarənin Səyyar vergi
yoxlamaları şöbəsinin sabiq rəisi Əjdər Nəsib oğlu Əliyevə hökm oxunub.

“Report” xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim
Abdulla Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.

Zaur Adilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər
və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 1 ay müddətə
azadlıqdan məhrum edilib. Əjdər Əliyev isə 2 il müddətinə dövlət və yerli
özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan
məhrum edilməklə 8 il 2 ay müddətə azadlıqdan məhrum edilib.

Baş prokurorluq 2022-ci ilin dekabr ayında adıçəkilən şəxslərin saxlanılması
barədə məlumat yayıb.

İttiham aktına əsasən, Z.Adilov və Ə.Əliyevin qabaqcadan əlbir olaraq MMC-də
səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət
alıblar. Zaur Adilov həmin pul vəsaitlərinin bir hissəsini vətəndaşdan alarkən
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onu
cinayət başında yaxalayıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət
alma), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham
irəli sürülüb.

Source link