8129bf84-4444-4a7f-ada4-caa1ccbd8ecc..jpg

Dövlət Vergi Xidmətinin strukturunda dəyişiklik edilib

Baxış sayı: 603 dəfə baxılıb.

Dövlət Vergi Xidmətinin strukturunda dəyişiklik edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatına daxil olan
qurumların sayı 21-dən 24-ə çatdırılıb.

Bu barədə “Report” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yeni struktura görə, DVX-nin aparatına Vergi risklərinin idarə edilməsi baş
idarəsi, Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsi, Vergi ombudsmanı
xidməti baş idarəsi əlavə edilib.

Həmçinin aparata daxil olan İqtisadi təhlil və uçota nəzarət baş idarəsi
İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinə, Protokol
bölməsi isə Protokol şöbəsinə çevrilib. Xidmətin strukturunda Maliyyə
monitorinqi şöbəsi yaradılıb.

Bundan başqa, Xidmətin strukturuna 22 yerli qurum da daxildir.

Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlar aşağıdakılardı: 2
saylı Ərazi Vergilər Baş İdarəsi, 3 saylı Ərazi Vergilər İdarəsi, 4 saylı Ərazi
Vergilər İdarəsi, 5 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş
İdarəsi, 8 saylı Ərazi Vergilər İdarəsi, 9 saylı Ərazi Vergilər İdarəsi, 10
saylı Ərazi Vergilər İdarəsi, 11 saylı Ərazi Vergilər Baş İdarəsi, 12 saylı
Ərazi Vergilər Baş İdarəsi, 13 saylı Ərazi Vergilər İdarəsi, 14 saylı Ərazi
Vergilər İdarəsi, Ağdam Rayon Vergilər Şöbəsi, Cəbrayıl Rayon Vergilər Şöbəsi,
Zəngilan Rayon Vergilər Şöbəsi, Qubadlı Rayon Vergilər Şöbəsi, Kəlbəcər Rayon
Vergilər Şöbəsi, Laçın Rayon Vergilər Şöbəsi, Füzuli Rayon Vergilər Şöbəsi,
Şuşa Rayon Vergilər Şöbəsi, Xocalı Rayon Vergilər Şöbəsi, Xocavənd Rayon
Vergilər Şöbəsi.

Source link