cfee9868-9c7b-4cf5-92b8-9ba00a1af0be..jpg

Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”

Baxış sayı: 608 dəfə baxılıb.

Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq, eləcə də
2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra Dövlət Xidmətinin
əməkdaşları tərəfindən monitorinqlər aparılıb”.

Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
Səbinə Hacıyeva APA-nın müvafiq sualına cavabında deyib.

Xidmət rəisi bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik
monitorinq aparılmayıb:

“Bu da onların yerləşdiyi ərazilərə görədir. Çünki həm relyef baxımından, həm
də digər təhlükəsizlik məsələlərinə görə orada hələ ki monitorinq aparmaq
mümkün deyil”.

Səbinə Hacıyevanın sözlərinə görə, 2023-cü ilin sentyabrındakı antiterror
tədbirlərindən sonra bir çox tarixi-mədəni abidələrdə olduğu kimi, Amaras
monastırında da monitorinq aparılıb.

Source link