4c75ded2-b188-4388-b13c-3a05d73cde04..jpg

Dövlət Xidməti: “Naxçıvanda bərpa adı altında abidələrin həqiqi siması itib” – FOTO

Baxış sayı: 707 dəfə baxılıb.

Dövlət Xidməti: “Naxçıvanda bərpa adı altında abidələrin həqiqi siması itib” –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda bəzi abidələr düzgün bərpa olunmayıb”.

“Report” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni irsin
qorunması, bərpası və inkişafı Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva
Azərbaycanda ilk də keçirilən “Mədəni irs” forumunun ikinci günündə çıxışı
zamanı məlumat verib.

Onun sözlərinə görə, bu ilin iyul-sentyabr aylarında keçirilən növbəti
monitorinq də abidələrin acınacaqlı vəziyyətdə olduğunu bir daha sübut etdi:

“Monitorinq zamanı əksər abidələrin qəsdən dağıdıldığı, yandırıldığı,
mənimsənildiyi və digər vandalizm aktlarına məruz qaldığı aşkar edildi. Eyni
zamanda, düzgün bərpa olunmayan abidələr də var. Məsələn, elə Naxçıvanda bərpa
adı altında həyata keçirilmiş işlər abidələrin həqiqi simasının itirilməsinə
gətirib çıxarmışdı”.

“Təəssüf ki, işğaldan azad olunan ərazilərdəki abidələrin hamısının
monitorinqini apara bilməmişik. Buna ən çox mane olan amillərdən biri də mina
təhlükəsinin olmasıdır”, – S.Hacıyeva bildirib.

Source link