5ed497d0-a705-4ef0-b2bb-90c2c2df20a9..jpg

Dövlət Xidmətinin regional bölməsi yeni ünvanda fəaliyyət göstərəcək

Baxış sayı: 882 dəfə baxılıb.

Dövlət Xidmətinin regional bölməsi yeni ünvanda fəaliyyət göstərəcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin 2 saylı regional bölməsi yeni ünvanda (Sumqayıt şəhəri, Sülh küçəsi,
76) fəaliyyət göstərəcək.

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat
yayıb.

Yeni inzibati binada Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan
Standartlaşdırma İnstitutunun Sumqayıt regional bölməsi, Azərbaycan Metrologiya
İnstitutunun Şimal Regional Ərazi İdarəsi və İstehlak Mallarının Ekspertizası
Mərkəzi MMC-nin Abşeron regional bölməsi də fəaliyyət göstərəcək.

Açılış tədbirindən sonra yeni inzibati binada sahibkarlarla görüş keçirilib,
istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı sahibkarların hüquq və vəzifələri
barədə məlumat verilib, suallar cavablandırılıb.

Source link