f2a10447-567d-44ed-a535-d3f1ddc52f2b..jpg

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Baxış sayı: 900 dəfə baxılıb.

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının
sonunda ötən aya nisbətən 231 min ədəd artaraq, 13 milyon 488 min ədəd təşkil
edib.

Mərkəzi Bank xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu
göstərici 19,7 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 18,3 faiz, kredit kartları üzrə
28,8 faiz olub.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 157 min, kredit
kartları 414 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.

Source link