Döyməsinə görə İngiltərə millisindən uzaqlaşdırıla bilər

Döyməsinə görə İngiltərə millisindən uzaqlaşdırıla bilər

Baxış sayı: 1. 959 dəfə baxılıb.

“Mançester Siti” klubunun hücumçusu Rəhim Sterlinqin ayağındakı döyməyə görə İngiltərə millisindən uzaqlaşdırılması tələb olunur. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “The Sun” qəzeti məlumat yayıb. 

Rusiyada keçiriləcək dünya çempionatı ərəfəsində futbolçu ayağındakı yeni döymənin fotosunu “Instagram” hesabında paylaşıb. Döymədə M-16 silahının görüntüsü əks olunub. Bu, Britaniya hüquq müdafiəçilərinin narazılığına səbəb olub. 

23 yaşlı hücumçunun millidən uzaqlaşdırılmasını isə “Mothers Against Guns” (Analar silahlara qarşı) təşkilatı tələb edib. 

“Bu döymə iyrəncdir və tamamilə qəbuledilməzdir. Biz tələb edirik ki, o, bu döyməni lazerlə silsin və ya onun üzərində başqa döymə etdirsin. Əgər o imtina etsə, İngiltərə yığmasından qovulmalıdır”, – təşkilatın nümayəndəsi Lüsi Koup deyib. 

Sterlinq tənqidlərə cavab verib. 

“İki yaşım olanda, atam güllə yarasında həyatını itirib. Mən özümə söz verdim ki, ömrümdə heç vaxt silaha yaxın getməyəcəm. Mən sağ ayağımla zərbə endirirəm, buna görə döymənin daha dərin mənaları var”, – o, “Instagram” hesabında yazıb. 

www.ÇıxışYolu.Com