Döyüş postunda erməni əsgəri ölüb

Döyüş postunda erməni əsgəri ölüb

Baxış sayı: 1. 941 dəfə baxılıb.

Ermənistanda döyüş postunda təcili xidmət hərbi qulluqçusunun cəsədi aşkarlanıb.

Bu barədə ÇıxışYolu.Com Ermənistan mətbuatına istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, mayın 22-də, təxminən saat 13:30-da cənub-qərb istiqamətində hərbi hissədə qarnında silah yarası olan cəsəd aşkarlanıb.

Məlum olub ki, ölən Ermənistanın Gümrü bölgəsindən hərbi xidmətə çağırılmış 1998-ci il təvəllüdlü Martin Xaçatryandır.

Hadisə ilə bağlı istintaq aparılır.

Əli Məmmədov
www.ÇıxışYolu.Com