9a4cfa9e-493e-4996-8545-d8879a224573..jpg

Döyüşlər vaxtı Şuşaya yol çəkilişində düşməni təşvişə salan nə oldu? – VİDEO

Baxış sayı: 663 dəfə baxılıb.

Döyüşlər vaxtı Şuşaya yol çəkilişində düşməni təşvişə salan nə oldu? – VİDEO

44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan
ordusunun bəzi taktiki-manevr planları məlum olub.

Bu barədə “Xəzər TV”də yayımlanan “Əks-hücuma 10 dəqiqə qalmış” sənədli
filmində məlumat verilib.

Bütün savaşların dönüş nöqtəsi olduğu kimi, 44 günlük vətən müharibəsinin də
taleyini həll edən əməliyyat var. Təbii ki, bu da Şuşanın işğaldan azad
edilməsi oldu. Dünyanın aparıcı hərbi araşdırma mərkəzlərinin hələ də analiz
etdiyi bu əməliyyatın da uğurlu alınmasında mühəndis-istehkamçılar əvəzsiz rol
oynayıblar. Kəlbəcər istiqamətində yollar qardan təmizləndiyi kimi Şuşa
ətrafında da bu cür tapşırıqlar yerinə yetirilməli idi. Bu istiqamətdə isə
vəziyyət tam fərqliydi. Çünki mühəndis-istehkamçılar burada dağlıq-meşəlik
ərazidən yol açmalı idilər. Ərazidə havadan və yerdən kəşfiyyat aparılıb,
müvafiq qərar qəbul edilib. Əlverişisiz hava şəraitində mürəkkəb relyefli
ərazidə yol açmaq mühəndis qoşunları üçün elə də çətinlik yaratmırdı. Çünki
uzun illər keçirilən təlimlərin məqsədi bu günə hazır olmaq idi. Onlar hətta
gecə saatlarında işıqsız fəaliyyət göstərməyə də öyrəşmişdilər.

Ətraflı süjetdə:


Source link