DSMF-nin 2024-cü il büdcəsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul
edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun
2024-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun
2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 919 860 000 manat
olacaq.
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda
qəbul edilib.