1f50d353-f13e-4a21-a4f6-b9ed348ec18c..jpg

DSMF-nin həbsdə olan sabiq əməkdaşı 6,5 milyon manat mənimsəməkdə təqsirləndirilir

Baxış sayı: 514 dəfə baxılıb.

DSMF-nin həbsdə olan sabiq əməkdaşı 6,5 milyon manat mənimsəməkdə
təqsirləndirilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə
göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial
Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrumetmə növündə cəza
çəkən Vüsal Arif oğlu Əliyevin qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat
əsasında aparılan araşdırma nəticəsində baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bildirilib ki, ibtidai istintaqla Vüsal Əliyevin saxta əmək kitabçaları,
şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara
əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək
pensiyalarının təyin edilməsinə nail olması, nəticədə Dövlət Sosial Müdafiə
Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ
keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilib ki, iş üzrə toplanmış mötəbər sübutlar əsasında Vüsal Əliyev
Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla
törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri
saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi
baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Source link