DSMF sədri: “Antiterror tədbirlərdə şəhid olan şəxslərin ailə üzvlərinə təqaüd
və sosial ödənişlər verilir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Lokal xarakterli antiterror tədbirlərdə şəhid olan hərbçilərin və DİN
əməkdaşlarının ailə üzvlərinə təqaüd və sosial ödənişlərin verilməsi tam
şəkildə həyata keçirilib”.
Cixisyolu.com-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin
yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, fondun əməkdaşları həmin şəxslərə ödənişlərin verilməsi
üçün sənədləri toplayıb və operativ şəkildə ödənişlər təyin olunub:
“Dövlət icbari şəxsi sığorta ödənişləri də ödənilib”.
Sədr qeyd edib ki, Laçında qəzada ölən şəxslərin şəhid statusu alacağı vaxt
sənədlər daxil olacaq və ödənişlər həyata keçiriləcək.
İlhamə Əbülfət