23453917-d9df-4ccf-b7a7-d80dded1db2d..jpg

DSX Akademiyasının kursantının ölümündə günahlandırılan sürücü məhkəmə zalında həbs edildi

Baxış sayı: 648 dəfə baxılıb.

DSX Akademiyasının kursantının ölümündə günahlandırılan sürücü məhkəmə zalında
həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ Rayon Məhkəməsində piyadanı vurub öldürərək qaçmaqda təqsirləndirilən
Ramiz Qəribovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə
hökm oxunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət
Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun sədrliyi ilə
araşdırılacaq.

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ramiz
Qəribovun barəsində verilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və
o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, 2023-cü il fevralın 13-də saat 19 radələrində Qəbələ rayonu,
Uludaş kəndində yaşayan 1982-ci il təvəllüdlü Ramiz Eyyub oğlu Qəribov idarə
etdiyi QAZ-3102 markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndindən Tikanlı
kəndi istiqamətində hərəkətdə olarkən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan
oğlu Mahmudovu vuraraq qaçıb.

Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Azərbaycanın Dövlət Sərhəd
Xidmətinin (DSX) Akademiyasının kursantı olub.

Source link