DSX: Batma təhlükəsi ilə üzləşən qayıqda olan şəxslər xilas ediliblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yanvarın 16-da saat 16:50-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub
regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə iki nəfər heyət üzvü olan
plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən sahildən 6 mil
məsafədə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi
məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi
qeyd olunan istiqamətə göndərilib.
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 18:45-də dənizdə
köməksiz vəziyyətdə qalmış Astara rayonu Şahağacı kənd sakinləri sərhədçilər
tərəfindən xilas edilərək sahilə çıxarılıblar.