c6512f9b-99ae-42b3-a158-133ea5ef917b.jpg

DSX: “COP29 ərəfəsində əcnəbilər ölkəmizə 45 saniyə ərzində buraxılacaqlar”

Baxış sayı: 163 dəfə baxılıb.

“COP29 tədbiri zamanı hər hansı fövqəladə hal baş verdiyi halda sistemin və
şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər nəzərdə tutulub”.

Cixisyolu.com xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən
mediaturda komandanlığın hərbi qulluqçusu, mayorNicat Cahidzadə deyib.

O bildirib ki, tədbirə gələn qonaqlar COP29 Əməliyyat Şirkətinin nümayəndələri
tərəfindən qarşılanacaq, xüsusi nəzərdə tutulmuş keçid zolaqları ilə
sərhəd-nəzarət kabinələrinə yönləndiriləcəklər:

“Sərhəd Nəzarətinin hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş çərçivədə qısa
zamanda sənədləri yoxlayaraq, rəsmiləşdirməni COP29 vizası ilə gələn əcnəbi
vətəndaşlar üçün 45 saniyə, Azərbaycan vətəndaşları üçün 30 saniyə müddətində
bitirərək, dövlət sərhədindən buraxılmalarını təmin edəcəklər”.

Hərbi qulluqçu qeyd edib ki, hazırda da gücləndirilmiş iş rejimində
fəaliyyətləri davam edir:

“Bütün istiqamətlərdə COP29 tədbirinin qonaqlarının qarşılanması üçün
gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir. COP29 tədbirinin yüksək
səviyyədə təşkili zamanı bizim əsas öhdəliklərimiz – tədbirdən öncə və sonra
əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, dövlət sərhədində, buraxılış
məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil olunması, digər dövlət
qurumları ilə qarşılıqlı olaraq müvafiq məlumatların operativ şəkildə
əlaqələndirilməsi, şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədində,
qanunvericilik çərçivəsində, gecikmələrə yol verilmədən keçidinin təmin
olunması üçün xüsusi elektrik vasitələrinin işləkliyinə nəzarət edilməsidir”.

N.Cahidzadə vurğulayıb ki, sıxlığın qarşısını almaq üçün ilk növbədə şəxsi
heyətin sayı artırılıb və onlar müasir xüsusi texniki vasitələrlə təmin
olunublar.

13:18

“Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığı Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri
Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla əlaqədar ölkəmizə gələn
xarici qonaqların pasport yoxlanışının sürətləndirilməsi üçün xüsusi texniki
təchizat və nəzarət avadanlıqları ilə təmin olunub. Eyni zamanda, zəruri
tədbirlər görülüb və bütün tapşırıqlar tam icra olunub”.

Cixisyolu.com xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən
mediaturda komandanlığın rəisiElşən Verdiyev deyib.

O bildirib ki, Sərhəd Nəzarəti Komandanlığı nüfuzlu beynəlxalq tədbirlərlə
əlaqədar texniki tərəqqi tətbiq olunmaqla sənədlərin operativ yoxlanışını,
qarşıya qoyulan tapşırıqların və öz üzərinə düşən vəzifələrin yüksək səviyyədə
icrasını təmin edəcək.

Aygün Mirakif

Source link