80578e55-1b8f-4edc-a4d4-0a9732f6d4b3.jpg

DSX-də COP29-la bağlı görülən işlərə dair xidməti müşavirə keçirilib

Baxış sayı: 162 dəfə baxılıb.

Oktyabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə
keçiriləcək 29-cu sessiyası – COP29 beynəlxalq konfransı çərçivəsində sərhəd
nəzarətinin təşkili, eləcə də görülən işlərlə tanış olmaq və hazırlıq
səviyyəsinə baxış keçirmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında xidməti müşavirə
keçirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, beynəlxalq tədbirlə əlaqədar Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanıİlham Əliyevin Dövlət
Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqlar Sərhəd Nəzarəti Komandanlığının
şəxsi heyətinə çatdırılıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və “Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev tərəfindən
texniki tərəqqinin tətbiqi, təhlükəsizlik tədbirlərinin effektivliyi, xarici
qonaqların sənədlərinin operativ yoxlanışı, pasport nəzarətindən sürətli
keçidin təmin edilməsi üçün xüsusi texniki təchizat və nəzarət avadanlıqlarına
baxış keçirilib.

Xidməti müşavirədə görülən işlərə dair məruzələr dinlənildikdən sonra Dövlət
Sərhəd Xidmətinin rəhbərliyi ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə
əlaqədar Sərhəd Nəzarəti Komandanlığının üzərinə düşən vəzifələrin yüksək
səviyyədə icrası üzrə zəruri tövsiyə və tapşırıqlarını verilib.

Source link