DSX generalının qız qaçıran bacısı oğlu həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Sərhəd Xidmətinin (DSX) generalı Aqil Babayevin bacısı oğlu Ümid Aydın
oğlu Aydınov qız qaçırdığı üçün həbs olunub.
“Unikal” xəbər verir ki, əslən Şəki rayonundan olan Ümid Aydınov dostu ilə
birgə Qax rayonunda evlənmək məqsədi ilə S. Abdullayevanı qaçırıb.
Ancaq qız evi şikayət etdiyindən Ümid Aydın oğlu Aydınov və Elvin Nemət oğlu
Həmidov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu – bir qrup
şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 149.1-ci
(Zorlama – yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə
və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz
vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham
olunub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs azadlıqdan məhrum
edilib. Məhkəmə Ümid Aydınova yeddi il həbs cəzası verib.
Qeyd edək ki, general-mayor Aqil İnşallah oğlu Babayev Dövlət Sərhəd
Xidmətinin Xudat sərhəd dəstəsinin rəisi olub.