2da6548b-0f5e-4f5b-bb27-a8b39980be65..jpg

DSX: “Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb” – FOTO

Baxış sayı: 814 dəfə baxılıb.

DSX: “Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı
alınıb” – FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” və “Horadiz” sərhəd dəstələrinin
xidməti ərazisində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitənin
qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

İyul ayının 2-də saat 03:05-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun
Qaravuldaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5
kiloqram 870 qram narkotik vasitənin Azərbaycan Respublikasına keçirilməsinin
qarşısı alınıb.

İyul ayının 3-də saat 13:30-da “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları
tərəfindən Cəlilabad rayon Yusifli kəndi yaxınlığında yerləşən sərhəd
zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində 10 kiloqram 480 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

İyul ayının 4-də saat 00:45-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun
Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində
sərhəd naryadının sayıqlığı nəticəsində 5 kiloqram 395 qram narkotik vasitənin
İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Source link