DSX-nin əsgəri vəfat edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı”
Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu
əsgər Xəyal Əzim oğlu Həsrətovun səhhəti qəfil pisləşib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyə
edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq
tibbi ekspertizalar təyin edilib.
Faktla bağlı prokurorluq orqanları Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma
işləri aparır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və
yaxınlarına dərin hüznlə başsağlığı verir.