DSX-nin azad olunmuş ərazilərdə yeni hərbi infrastrukturu yaradılacaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının sənədlərlə iş və tenderlərin
təşkili üzrə əməkdaşlarının bilik səviyyəsinin artırılması, onların nəzəri və
praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilir.
Bu barədə DSX-dən məlumat verilib.
2023-cü ilin perspektiv iş planına əsasən, 14.11.2023-cü il tarixdə DSX
Akademiyasında Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə və hissələrinin
sənədlərlə iş sahəsi üzrə çalışan əməkdaşları 15.11.2023-cü il tarixdə
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə planı
əsasında Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komissiyalarının
üzvləri ilə iki günlük təlim toplantıları keçirilib.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
müzəffər Ali Baş Komandanıİlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın
işğaldan azad olunmasını və ölkə başçısının 8 Noyabr – Zəfər Gününün üçüncü
ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradı qəbul etməsi ilə
dövlətimizin qüdrətini, xalqımızın böyük mübarizə əzmini bir daha bütün dünyaya
nümayiş etdirdiyini xüsusi vurğulayıb, həmin ərazilərdə yeni hərbi
infrastrukturun yaradılması, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə
icrası, struktur qurumlarda sənədlərlə işin müvafiq normativ-hüquqi aktların
tələblərinə uyğun aparılma vəziyyəti, sənədlərin icra müddətinə ciddi nəzarət
edilməsi, vətəndaşların müraciətlərinə baxılması və cavablandırılması,
sənədlərin müvafiq işlərə tikilməsi və arxivləşdirilməsi, mətbəə formalarına
dair sifarişlərin hazırlanması, təyinatı üzrə istifadə olunması məsələlərinə
toxunaraq bu sahələrdə daha məsuliyyətli, tələbkar və diqqətli olmağın
vacibliyini qeyd ediblər.
Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komissiyaları üzvlərinin
təlim toplantısında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin Aparat rəhbərləri, Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri,
Daxili nəzarət və audit şöbəsinin müdiri, Dövlət Sərhəd Xidmətinin struktur
qurumlarının tender komissiyalarının üzvləri, Dövlət Sərhəd Xidmətinin
Maddi-Texniki Təminat Baş İdarəsinin və Maliyyə-Plan İdarəsinin şöbə rəisləri
iştirak ediblər.
Tədbir iştirakçılarına 2023-cü il üzrə və Dövlət Sərhəd Xidmətinin tələbatına
uyğun olaraq, 223 lot üzrə müsabiqənin elan edilməsi, 219 lot üzrə açıq
tenderin, dörd lot üzrə təkliflər sorğusunun keçirilməsi, 223 ədəd əsas şərtlər
toplusunun hazırlanması və 136 ədəd müqavilənin bağlanılması barədə məlumatlar
verilib, gələcək fəaliyyətin təşkili ilə bağlı “Elektron satınalma
prosedurları”nın vahid internet portalına keçirilməsi zamanı şəffaflığın
artırılması məqsədi ilə kompleks tədbirlərin görülməsinin vacibliyi vurğulanıb,
tender komissiyası üzvləri və satınalma mütəxəssisləri ilə 1 yanvar 2024-cü il
tarixindən qüvvəyə minəcək yeni “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının qanunu barədə nəzəri və praktiki məşğələlər keçirilib.
Təlim toplantılarında fəaliyyət istiqamətləri üzrə məruzələr, müraciət və
təkliflər dinlənilib.
Tədbirlərin sonunda hərbi qulluqçulara xidməti fəaliyyətlərində uğurlar
arzulanıb, DSX Akademiyasında ucaldılmış dahi öndər Heydər Əliyevin və “Dəmir
yumruq” abidələrinin önündə xatirə şəkli çəkdirilib.