f27381e8-96c8-419c-8190-6c9f70d72c0b..jpg

DSX-nin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Baxış sayı: 746 dəfə baxılıb.

DSX-nin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 noyabr – Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə
və bölmələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyət üçün bayram
konsertləri təşkil olunur.

“Report” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti İkinci
Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi,
torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə ucalmış Vətən
övladlarının əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül
dəstələri düzülüb.

Keçirilən tədbirlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanıİlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyularaq ərazi
bütövlüyümüzün bərpa olunduğu, 44 gün davam edən Vətən müharibəsinin
Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığı xüsusi vurğulanıb.

Vətən müharibəsi, 12-13 sentyabr hadisələri və antiterror əməliyyatları zamanı
Dövlət Sərhəd Xidmətinin qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş
döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də
yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət
nümunələri göstərmələri qeyd edilib.

Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, yurdumuzun bütövlüyü uğrunda şəhadətə yüksəlmiş oğullarımızın
adlarının hər zaman ehtiramla yad ediləcəyi, əcdadlarımızın qəhrəmanlıq
ənənələrindən ilhamlanan igidlərimizin müasir tariximizə yazdıqları şücaət
dastanlarının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə
sevginin və sədaqətin bariz təzahürü olaraq daima uca tutulacağı qeyd olunub.

Vətən müharibəsində, 2022-ci ilin sentyabr ayında və lokal xarakterli
antiterror əməliyyatı zamanı işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə
döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə
xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə
təmin edəcəkləri vurğulanıb.

Source link