d8159e62-121d-4cc7-a61c-d34d669d5122..jpg

DSX-nin sərhəd zastavası xidməti istifadəyə verilib – FOTO/VİDEO

Baxış sayı: 557 dəfə baxılıb.

DSX-nin sərhəd zastavası xidməti istifadəyə verilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

May ayının 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd
dəstəsinin xidməti ərazisində “Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra
xidməti istifadəyə verilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli
lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.

Əsaslı təmirdən sonra müasir tələblərə cavab verən növbəti sərhəd zastavasının
xidməti istifadəyə verilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin
yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində
görülən işlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanıİlham Əliyevin hərbi qulluqçulara göstərdiyi ali
diqqətin nəticəsi olduğu vurğulanıb.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin
təbriki şəxsi heyətə çatdırılıb.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev
sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti
mənzillərə baxış keçirib.

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş
xidməti otaqlar və dördmənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə
verilib.

Sonda şəxsi heyətlə birlikdə nahar edilib.


Source link