“Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığının fəaliyyətə başladığı
2017-ci ildən bu günə qədər qarşılıqlı əlaqədə olaraq qaçaqmalçılıq ilə
narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata
keçirilmiş tədbirlər nəticəsində 3 599 halda aşkar edilərək götürülmüş
qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil edib”.
Cixisyolu.com xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən
mediaturda qurumun rəisiElşən Verdiyev deyib.
O bildirib ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə
çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kq 400qr narkotik vasitə, 86 min
246 psixotrop maddə də aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb.
Aygün Mirakif