67f61447-cde6-4ec5-9a41-366bc24918bf..jpg

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda terror aktları planlaşdıran şəxslər ifşa olundular – FOTO/VİDEO

Baxış sayı: 499 dəfə baxılıb.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda terror aktları planlaşdıran şəxslər ifşa
olundular – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda icra başçısına qarşı sui-qəsd, terror planlaşdıran şəxs
saxlanılıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) verilən məlumatda deyilir.

Qeyd olunur ki, DTX-də aparılmış araşdırmalar zamanı Azərbaycan
Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış,
1988-ci il təvəllüdlü Bəhruz Əliməmməd oğlu Əskərovun digər şəxslərlə əlaqəyə
girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə
yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən
qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və
başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri
etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı
şübhələr yaranıb.

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan
şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin
başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin, Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi
rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici
ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun
tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri
ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin
olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, müəyyənləşdirilib ki, Bəhruz Əskərov sövdələşərək əlaqə
yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil
etməyi planlaşdırıb, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu
cinayət əməllərini həyata keçirə bilməyib.

Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində
kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Source link