98963955-c718-423c-aac8-5df7e0756921..jpg

DTX-nin tutduğu gömrük generalı ev dustaqlığına buraxılmayıb – YENİLƏNİB

Baxış sayı: 953 dəfə baxılıb.

DTX-nin tutduğu gömrük generalı ev dustaqlığına buraxılmayıb – YENİLƏNİB

Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük
Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru
Ehtiram Xəlilovun ev dustaqlığına buraxılması xəbəri həqiqəti əks etdirmir.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, Ehtiram Xəlilov hazırda həbsdədir.

13:12

Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük
Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru
Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bakıda
genişmiqyaslı əməliyyatı nəticəsində Dövlət Gömrük Komitəsinin bir neçə yüksək
rütbəli vəzifəliləri saxlanılmışdılar. Saxlanılanlar arasında
“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru
Ehtiram Xəlilov da var idi. O, külli miqdarda rüşvət almaqda və vəzifə
səlahiyyətlərini aşmaqda ittiham edilir.

Source link