50a96689-98bb-497c-be68-7ed16f103073.jpg

DTX və DSX-dən birgə ƏMƏLİYYAT: İrandan ölkəmizə keçən naməlum uçuş aparatı endirildi

Baxış sayı: 27 dəfə baxılıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi
əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə
ərazisinə keçirilməsinin qarşısı alınıb.

Cixisyolu.com bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat
yayıb.

Qeyd olunub ki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam
Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum
uçuş aparatı müşahidə edilib.

Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılması təmin olunub.
Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram
narkotik vasitə marixuana və 1 500 ədəd “Metadon M-40” həbi aşkar edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Source link