eb86eec6-141d-4ce4-9e21-7f1546b68c1b..jpg

Dua Lipa “Fantastik Varlıqlar”ın ulduzu ilə görüşür – FOTO

Baxış sayı: 746 dəfə baxılıb.

Dua Lipa “Fantastik Varlıqlar”ın ulduzu ilə görüşür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Dua Lipa “Fantastik Varlıqlar” filminin ulduzu, aktyor Kallum Törnerlə
görüşdə obyektivlərə tuş gəlib.

Cütlük Los-Ancelesdə gəzərkən görüntülənib.

Yanvarın əvvəlində Dua Lipanın aktyorla romantik münasibətləri haqqında ilk
söz-söhbətlər ortaya çıxıb. Məşhurlar “Masters of the Air” hərbi serialının
premyerasından sonra Los-Ancelesdə əyləncə gecəsində rəqs edərkən
görüntüləniblər. Müğənni tədbirə sevgilisinə dəstək olmaq üçün gəlib. Bir neçə
həftə sonra məşhurların öpüşərkən fotoları çəkilib. Onlar Hollivuddakı yapon
restoranı “Sushi Park”da görüşüblər.

Qeyd edək ki, bundan öncə Lipa rejissor Romen Qavras ilə eşq yaşayıb. May
ayında sevgililər 76-cı Kann Film Festivalının qırmızı xalçasında cütlük kimi
debüt ediblər. Dekabr ayında isə məşhurlar ayrılıblar.

Mənbə: gazeta.ru

Source link