Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların
təşviqi müzakirə edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Prezident İlham Əliyevin iştirakı ilə Dubayda keçirilən COP28 çərçivəsində
G77 və Çin Qrupu Liderlərinin Zirvə Görüşündə Prezidentin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə
birlikdə ölkəmizin qlobal iqlim dəyişikliyi hədəfləri barədə danışdıq”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki şəxsi
hesabında yazıb.
“Azərbaycanın inklüziv inkişafı, yaşıl enerji ölkəsinə transformasiyası,
işğaldan azad edilmiş ərazilərimizdə ekoloji mühiti dəstəkləyən
investisiyaların təşviqi və minatəmizləmə təşəbbüslərimizlə bağlı məlumat
verdik”, – deyə nazir qeyd edib.
Prezident cənab İlham Əliyevin (@azpresident
keçirilən#COP28
(@COP28_UAE
#G77
Qrupu Liderlərinin Zirvə Görüşündə Prezidentin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə…
pic.twitter.com/4XZGzYZANd
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 3, 2023