Dubayda nömrə nişanları rəqəmsallaşdırılır

Dubayda nömrə nişanları rəqəmsallaşdırılır

Baxış sayı: 2. 544 dəfə baxılıb.

Dubayda avtomobillərin metal materiallardan olan dövlət qeydiyyat nişanları rəqəmsal  nişanlarla əvəzlənəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Khaleej Times” Dubayın şəhər yol və nəqliyyat idarəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə,  “Tag to Connect” adlı ağıllı ekran metal lövhəni əvəz edəcək.

Yeni texnologiyanın sınaqlarına gələn aydan etibarən start veriləcək. Yeni rəqəmsal sistemin qüvvəyə minməsindən sonra , şəhər sakinlərinin hər il  nömrə nişanlarını yeniləmək üçün servis məntəqələrinə üz tutmalarına lüzum qalmayacaq.  

Üstəlik avtomobilin qeydiyyat məlumatları texniki baxışdan sonra avtomatik olaraq  yenilənəcək.  Avtomobil sahibi lazım gəldikdə dövlət qeydiyyat nişanını xüsusi mobil tətbiqin vasitəsi ilə dəyişə biləcək.

Həmçinin elektron pulqabıya bağlı olan rəqəmsal nömrə ilə avtomobilin parklanma ödənişlərini həyata keçirmək mümkün olacaq.

.
www.ÇıxışYolu.Com