Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər – İDDİA +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son bir neçə gündə intensiv yağış Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində
bəzi əraziləri su altında qoyub. Bundan ən çox da avtomobil sahibləri zərər
görüblər. Çünki sel nəticəsində müxtəlif markalı çox sayda avtomobil suyun
altında qalıb.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycana da əsasən avtomobillər Koreya,
ABŞ və Dubay bazarından idxal edilir.
Ən tez, yəni 15 günə Dubaydan Azərbaycana avtomobil gətirmək mümkün olduğu
üçün bu işlə məşğul olan sahibkarlar da məhz Birləşmiş Ərəb Əmirliyindən maşın
gətirməyə üstünlük verirlər. Bu hal onu deməyə əsas verir ki, həmin nasaz
avtomobillər Azərbaycana da gətirilə bilər.
Avtomobil ustası Sahil Ağabəyli deyib ki, adətən, suda qalan avtomobili
işbazlar oradan dəyərindən dəfələrlə ucuz alıb, Azərbaycan bazarındakından bir
az fərqli qiymətə satırlar.
Suda qalan avtomobildə, xüsusən də alt hissəsində əvvəlcə paslanma, daha sonra
da çürümələr olur. Usta deyir ki, avtomobil satışı ilə məşğul olanlar belə
nəqliyyat vasitələrinin alt hissəsini təmizlədib, boya vurdururlar. Bunu alan
şəxslərin özləri də baxdıqda müəyyən edə bilərlər.
Usta onu da əlavə edib ki, suda qalmış daxiliyanma mühərrikli avtomobillərdən
fərqli olaraq, elektromobillərdə təmir xərci daha çox olur. Onun hətta təmirdən
sonra istifadə edilməsi də risklidir.
Ətraflı süjetdə: