17a325eb-4ff2-4202-92ed-3caf07e63157..jpg

Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi – VİDEO

Baxış sayı: 473 dəfə baxılıb.

Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dubay Beynəlxalq Hava Limanı BƏƏ-də yağan güclü yağış səbəbindən ümumilikdə 45
aviareysi ləğv edib.

Bu barədə hava limanının məlumatında bildirilib.

Qeyd olunub ki, gecə yarısından etibarən 21 gediş və 24 gəliş ləğv edilib.

“Daha üç reys qonşu hava limanlarına yönləndirilib”, – deyə hava limanının
saytında qeyd edilib.

Gün ərzində hava limanında bütün əməliyyatlar 25 dəqiqə dayandırılsa da,
sonradan bərpa edilib.

Bildirilib ki, hava limanına gedən yolları güclü su basıb. Yağıtıların
çərşənbə səhərinə qədər davam edəcəyi gözlənilir.

Mənbə: TASS

Source link