0cdb157b-afdf-4fe3-9e04-f25ab9eb6be7..jpg

Dubayda “Xəzər həftəsi” forumu davam edir – YENİLƏNİB + FOTO

Baxış sayı: 556 dəfə baxılıb.

Dubayda “Xəzər həftəsi” forumu davam edir – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “Xəzər Həftəsi 2023” forumu davam edir.

Cixisyolu.com-ın məlumatına görə, Böyük Xəzər Assosiasiyası (GCA) və “İnteqral”
şirkətlər qrupunun “DP World” ilə birgə təşkil etdiyi bu tədbir Qlobal
Yükdaşıma Sammiti çərçivəsində keçirilir.

Forum qlobal ərzaq və enerji təhlükəsizliyi üçün Böyük Xəzər regionunun (BXR)
logistika dəhlizlərinin rolunu müzakirə edən ekspertlərin dəyirmi masası ilə
başlayıb.

Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş əməliyyat
direktoru Yucin Si, o cümlədən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) keçmiş rəhbəri, Azərbaycan iqtisadiyyat nazirinin müşaviri
Emil Məcidov da çıxış ediblər. Emil Məcidov ölkəmizin regionda nəqliyyat və
logistika qovşağı kimi mühüm rolu olduğunu vurğulayıb.

Sonra “Beynəlxalq sanksiyalara riayət olunması – 1-ci gün” mövzusunda plenar
iclas keçirilib. Bu panelin iştirakçılarından biri də ABŞ-nin Azərbaycandakı
keçmiş səfiri, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin
keçmiş müavini Metyu Brayza olub.

“Qlobal ticarət: Dünyanın davamlılığına töhfə” mövzusunda keçirilən ikinci
plenar iclasda GCA prezidenti Murat Seitnepesov açılış nitqi ilə çıxış edib.

O qeyd edib ki, BXR qlobal enerji və ərzaq təhlükəsizliyi üçün çox vacibdir.

“Bu tədbir Böyük Xəzər regionu üçün vacib olan ideyaların müzakirəsi və
layihələrin təqdimatı, xüsusilə inteqrasiya olunmuş ticarət və logistika
intellektual sistemlərinin yaradılması, investisiyaların cəlb edilməsi və
regional inkişaf layihələrinin həyata keçirilməsinə tərəfdaşların dəvət
edilməsi üçün əla platformadır”, – deyə M.Seitnepesov əlavə edib.

Sonra “Qlobal ticarət: dünyanın davamlılığına töhfə”, “Böyük Xəzər regionunun
ticarət və logistika inkişafına strateji baxış”, “Böyük Xəzər regionu – üç
trilyon dollarlıq imkan”, “Qlobal ərzaq və enerji təhlükəsizliyi üçün BXR
logistika dəhlizlərinin rolu”, “Ticarət və logistikada rəqəmsallaşma: ağıllı
təchizat zəncirləri, limanlar və terminallar”, “Ticarət maliyyəsi: blokçeyn və
rəqəmsallaşma prosesi” mövzularında panellər keçiriləcək.

10:10

Bu gün Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “Xəzər həftəsi – 2023” illik
forumuna start verilib.

Cixisyolu.com-ın məlumatına görə, Böyük Xəzər Assosiasiyası (GCA) və İnteqral
şirkətlər qrupunun “DP World” ilə birgə təşkil etdiyi bu tədbir Qlobal
Yükdaşıma Sammiti (Global Freight Summit) çərçivəsində keçirilir.

Qeyd edək ki, forum əhatə və təsir dairəsini genişləndirmək məqsədilə ilk dəfə
olaraq ənənəvi keçirildiyi məkandan – Davosdan (İsveçrə) kənara çıxıb.

Tədbir Böyük Xəzər Regionunda (BXR) logistika və ticarətin inkişafında yeni
meyarlar müəyyən etmək üçün nəzərdə tutulub. Forum regionun logistika
problemlərinin həlli üçün ən yaxşı təcrübələrə diqqət yetirəcək, ənənəvi
gündəliyini davam etdirəcək.

Qeyd edək ki, “Xəzər həftəsi – 2023” forumunun məqsədi BXR ilə dünya ölkələri
arasında, eləcə də BXR daxilində dialoq və əməkdaşlığı inkişaf etdirməkdir.

Üç gün ərzində iştirakçılar əsas diqqəti logistik dəhlizlərin, ticarət
inteqrasiyasının və maliyyə şəbəkələrinin yaxınlaşmasına yönəldəcəklər.

Forumda BMT, Beynəlxalq Ticarət Palatası və Beynəlxalq Ekspeditor
Assosiasiyaları Federasiyası (FIATA) kimi beynəlxalq təşkilatların
nümayəndələri, eləcə də region hökumətlərinin, beyin mərkəzlərinin, akademik və
təhsil müəssisələrinin, ölkələrin nümayəndə heyətləri və nüfuzlu biznes
liderləri iştirak edirlər.

Xatırladaq ki, intellektual logistika sahəsində dünya lideri kimi tanınan “DP
World” şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində keçirilən “Xəzər həftəsi –
2023” forumu noyabrın 17-dək davam edəcək.

Onu da əlavə edək ki, 2017-ci ildə əsası qoyulan “Xəzər həftəsi” forumu Böyük
Xəzər regionunda dialoq, əməkdaşlıq, innovasiya və inkişafı təşviq edən illik
tədbirdir.

Rufina Abdullayeva

Source link