98c2df37-3959-4fe5-ae9c-01b0b0430685..jpg

Dudadan Zelenskiyə sülh müqaviləsi ilə bağlı təklif: “Çarizmdən qalan əsirlik sona çatsın”

Baxış sayı: 858 dəfə baxılıb.

Dudadan Zelenskiyə sülh müqaviləsi ilə bağlı təklif: “Çarizmdən qalan əsirlik
sona çatsın”

Polşa Prezidenti Andjey Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya
üzərində qələbədən sonra sülh müqaviləsini Pereyaslavda bağlamağı tövsiyə edib.

Bu barədə Duda Latviyaya səfəri zamanı bildirib.

“Deyirəm, Volodimir, tariximizə nəzər salıram və bu yolların bir vaxtlar necə
ayrıldığını xatırlayıram. Sizə yalvarıram – Rusiyanı məğlub etdikdən sonra sülh
imzalamaq üçün dizləri üstə sürünə-sürünə gəldikləri zaman onları Pereyaslava
aparın, qoy sizinlə sülh müqaviləsini orada imzalasınlar. Qoy orada sovet və
Rusiya təsirinin altındakı bütün illərin üstündən xətt çəkilsin və çarizm
dövründən bu yaxınlara qədər davam edən əsirlik sona çatsın, hansı ki, siz indi
yenidən özünüzü bundan müdafiə edirsiniz”, – deyə Polşa prezidenti bildirib.

Duda həmçinin əlavə edib ki, Ukrayna xüsusilə müttəfiqlərinin dəstəyi
sayəsində Rusiya üzərində qalib gələcək. Polşa prezidentinin sözlərinə görə,
hamı Rusiya ilə dinc münasibətlər şəraitində yaşamaq istəyərdi.

“Təəssüf, gördüyünüz kimi, bu mümkün deyil, çünki onlar hücum edirlər,
soyğunçuluq edirlər, öldürürlər, insanların azadlığını əllərindən almaq
istəyirlər”, – deyə Andjey Duda qeyd edib.

Xatırladaq ki, 8 yanvar 1654-cü ildə getman Boqdan Xmelnitski Pereyaslavda
hərbi şura çağırıb, nəticədə Zaporojyenin çar Rusiyasına birləşdirilməsi
haqqında qərar qəbul edilib.

Mənbə: Focus.ua

Source link