Dümanın şahmatdakı matından Makronun mat qoyan yarıtmaz siyasətinədək – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransa uzun onilliklər ərzində ATƏT-in Qarabağ məsələsinin həlli üzrə keçmiş
Minsk qrupuna həmsədrlik edib.
Fransa bu istiqamətdə fəaliyyətinə 1997-ci ildə – Azərbaycan Prezidenti Heydər
Əliyevə fransalı həmkarı Jak Şirak şəxsən müraciət edərək ölkəsinin həmsədrlər
sırasına daxil edilməsini xahiş etdikdən sonra başlayıb.
Bu barədə “Caliber”in “YouTube” kanalında təqdim edilən videosüjetində bəhs
edilir.
“Uzun onilliklər ərzində Fransada böyük bir erməni diasporunun yaşamasına və
nə o zaman, nə də indi türklərə və azərbaycanlılara elə də böyük sevgi
bəsləməməsinə, hətta bu Avropa ölkəsinin siyasətinə müəyyən dərəcədə təsir
göstərməsinə baxmayaraq, Qarabağ məsələsi ilə bağlı rəsmi Paris mövcud hökumət
gələnə qədər ənənəvi olaraq qərəzsizliyini nümayiş etdirməyə çalışıb.
Bu vəziyyəti, eləcə də Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi
ümumilikdə dünya siyasətində və xüsusilə də Avropa İttifaqının ümumi xarici
siyasət xəttinin formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq, Azərbaycan
rəhbərliyi o zaman bu ölkənin ATƏT formatında beynəlxalq vasitəçilər sırasına
daxil edilməsinə etiraz etmədi.
Bununla belə, Heydər Əliyev sanki gələcəyi qabaqcadan görürmüş kimi, Jak
Şiraka hər ehtimala qarşı öz narahatlığını bildirdi. Buna cavab olaraq Fransa
prezidenti azərbaycanlı həmkarını əmin etdi ki, rəsmi Paris özünü ölkədə
yaşayan ermənilərin “zərərli təsiri”ndən uzaq tutacaq və Qarabağ münaqişəsinin
həlli məsələsində vasitəçi kimi öz neytral və balanslaşdırılmış mövqeyini
qoruyacaq”, – deyə materialda qeyd edilib.
Materialda, həmçinin, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın
Fransadakı abidəsinin sökülməsi qərarından, fransız yazıçısı Aleksandr Dümanın
ölkəmizin mədəni həyatı barədə fikirlərindən, Natəvana şahmatda uduzmasından və
Fransanın hazırkı Prezidenti Emmanuel Makronun yarıtmaz siyasətindən bəhs
olunur.
Daha ətraflı videosüjetdə: