Dünya Ahıska Türkləri Birliyinin baş direktoru İlham Əliyevi təbrik edib

Dünya Ahıska Türkləri Birliyinin baş direktoru İlham Əliyevi təbrik edib

Baxış sayı: 2. 144 dəfə baxılıb.

Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

ÇıxışYolu.Com-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli Azərbaycan prezidenti cənab İlham Əliyev.

Sizi, türk dünyasının üç böyük liderindən birini yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Zati-alinizə qardaş Azərbaycanın daha güclü, daha sabit dövlət olması istiqamətində uğurlar diləyirəm.

Ermənistan tərəfindən ərazi bölüvlüyünə edilən təcavüzə və 25 ildən çox müddətdə müharibə şəraitində yaşamasına baxmayaraq, Azərbaycan heç zaman geriyə addım atmayıb, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətini nümayiş etdirib.

Mərhum prezident Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan, Zati-aliləri, Sizin prezidentliyiniz dövründə daha böyük uğurlar qazanaraq artıq beynəlxalq tədbirlərin keçirildiyi bir ölkəyə çevrilib.

Azərbaycanda yaşayan və sayı 70 mindən çox olan, ölkənin siyasi və sosial həyatında fəal rol oynayan axısxa türkləri aprelin 11-də keçirilmiş prezident seçkilərinə böyük maraq göstəriblər.

Zati-aliləri, Sizin yenidən prezident seçilməyiniz Azərbaycanın rifahına, ölkənin inkişafına və ən əsası isə, regionun təhlükəsizliyinə mühüm töhfələr verəcək.

Seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanın nailiyyətlərinin davamlı olmasını arzulayırıq”.

www.ÇıxışYolu.Com