Dünya Bankı Avropa və Mərkəzi Asiya üçün proqnozunu açıqladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa və Mərkəzi Asiyada iqtisadi artımın 2024-cü ildə yavaşlaması ehtimalı
var. Bu nəticə Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üçün iqtisadi
perspektivlərə dair yeni hesabatında yer alıb.
“Avropa və Mərkəzi Asiyanın inkişaf etmiş və inkişaf etməkdə olan
iqtisadiyyatlarında fəallığın bu il yavaşlaması ehtimalı var. Belə ki, regionun
inkişaf perspektivləri zəif qlobal iqtisadiyyat, sərt pul siyasəti, Çində
yavaşlama və aşağı əmtəə qiymətləri ilə çətinləşir”, – sənəddə deyilir.
DB Avropa və Mərkəzi Asiyada iqtisadi artımın 2024-cü ildə 2,8% olacağına
aydınlıq gətirir. Halbuki, 2023-cü ildə bu rəqəm 3,3%-ə bərabər olub.
Mənbə: TASS