Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 1-1,5 faiz artacaq

Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 1-1,5 faiz artacaq

Baxış sayı: 8. 525 dəfə baxılıb.

Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1-1,5 faiz artacağını gözləyir. Neftlə zəngin Azərbaycan iqtisadi artım mənbələrinin şaxələndirilməsində və iş şəraitinin yaxşılaşdırılmasında bir sıra irəliləyişlər əldə edib, lakin daha çox iş aparmaq lazımdır.

ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, bunu Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) rəsmiləri deyib.

Məlum olub ki, Azərbaycan iqtisadiyyatı qazla birgə dövlət gəlirlərinin 75, ÜDM-in isə 45 faizini təşkil edən neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ciddi şəkildə zərər çəkmişdi. Lakin ötən il neftin qiymətlərinin bərpası, xidmət və kənd təsərrüfatı sektorunun genişləndirilməsi sayəsində 0,1 faiz artım nümayiş etdirdi.

DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi deyib ki, hələ çox işlər görülməlidir. 

.
www.ÇıxışYolu.Com