Dünya Bankı Azərbaycanda inflyasiyanın azalacağını açıqladı

Dünya Bankı Azərbaycanda inflyasiyanın azalacağını açıqladı

Baxış sayı: 2. 610 dəfə baxılıb.

Dünya Bankı 2018-2020-ci illərdə Azərbaycanda ümumi daxili məhsulun üç faiz artımını proqnozlaşdırır.

ÇıxışYolu.Com xəbər verir ki, DB-nın proqnozuna görə, 2018-ci ildə ÜDM 1,8%, 2019-cu ildə 3,8%, 2020-ci ildə 3,2% təşkil edəcək. 

İnflyasiya isə 2018-ci ildə 6,4% faizə düşəcək. 2019-cu ildə bu rəqəmin 4,2%, 2020-ci ildə 3,9% olması gözlənilir. 

2018-ci ildə Azərbaycanın ödəniş balansının profisitinin ÜDM-ə nisbəti  5,9%, 2019-cu ildə 7,2%, 2020-ci ildə 7,9% proqnozlaşdırılıb. 

Kənd təsərrüfatı sənayesində artım cari ildə 4%, 2019-cu ildə 4,1%, 2020-ci ildə 4,2% gözlənilir. Sənaye istehsalının cari ildə 0,1% azalması proqnozlaşdırılır. 

Xidmət sekoturuna gəlincə, DB yaxın üç ildə artım gözləyir. 2018-ci ildə bu rəqəm 5%, 2019-cu ildə 4,8%, 2020-ci ildə 4% təşkil edəcək.

.
www.ÇıxışYolu.Com