Dünya Bankı 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun 1,8% artacağını proqnozlaşdırır.
ÇıxışYolu.Com xəbər verir ki, bu ilin yanvarında DB Azərbaycanda 0,9% iqtisadi artım gözləyirdi.
Bankın açıqlamasına görə, “Şahdəniz” yatağının II mərhələsinin işə düşməsi, eləcə də, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar orta müddətdə Azərbaycanda ÜDM-nin artımı sürətlənəcək.
O da qeyd edilir ki, ÜDM-nin artımına neft hasilatının stabilləşməsi və dünya bazarında “qara qızıl”ın qiymətinin yüksək olması da təsir göstərir:
“Neftin qiymətinin bahalaşması dövlət investisiyalarının artımına təsir edir”.
Qeyd edək ki, hökumət cari ildə ÜDM-in 1,5% artımını gözləyir. 2017-ci ilin rəqəmlərinə görə, ölkədə ÜDM 0,1% olub.