Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizəyə on milyardlarla vəsait xərcləyəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə layihələrinə ildə 40 milyard
dollardan çox vəsait ayırmağı planlaşdırır ki, bu da bankın bütün xərclərinin
45%-ni təşkil edəcək”.
Bunu Dünya Bankının rəhbəri Acay Banqa BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransında çıxışı zamanı deyib.
“Bu gün Dünya Bankı qarşısına 2025-ci ildən etibarən illik
maliyyələşdirməsinin 45%-ni iqlim dəyişikliyi ilə mübarizəyə yönəltmək kimi
iddialı bir məqsəd qoyur. Biz ambisiyalarımızı artırırıq, ona görə də bu
məqsədlər üçün ildə 40 milyard dollardan çox vəsait ayıracağıq ki, bu da
əvvəlki hədəfdən təxminən doqquz milyard dollar artıqdır”, – deyə o bildirib.
Banqanın sözlərinə görə, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq
İnkişaf Assosiasiyası ilə birlikdə dünyanın ən yoxsul ölkələri üçün iqlim
dəyişikliyinin təsirlərini yumşaltmaq və onlara uyğunlaşmaq üçün bərabər
şəkildə vəsait ayıracaqlar.
Qeyd edək ki, COP28 dekabrın 12-dək davam edir. Konfransda müxtəlif ölkələrdən
70 mindən çox nümayəndə, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının
nümayəndələri, tədqiqatçılar, ekspertlər və jurnalistlər iştirak edir.
Mənbə: TASS