Dünya Bankı: Oyun qaydalarına hamının əməl edəcəyinə əmin olmalıyıq

Dünya Bankı: Oyun qaydalarına hamının əməl edəcəyinə əmin olmalıyıq

Baxış sayı: 4. 427 dəfə baxılıb.

Dünya Bankı: Oyun qaydalarına hamının əməl edəcəyinə əmin olmalıyıq

İqtisadiyyata investisiyaların cəlb edilməsi məqsədilə özəl sektorda vergi yükünün azaldılması üzrə əsaslı tədbirlər görülüb. Maliyyə Sabitliyi Şurası Şurası yaradılıb və manatın məzənnəsi sabitləşib.

ÇıxışYolu.Com xəbər verir ki, bunu “İqtisadiyyatın şaxələndirilməsi” ilə bağlı forumda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib. 

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda inflyasiya 2.3 faiz olub: 

“İqtisadiyyatın şaxələndirilməsi və texnoparkların yaradılması ilə bağlı işlər sürətlənib”. 

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Merci Tembon Azərbaycanın iqtisadi artımında neft və istehlak sektorunun önəmli yer tutduğunu vurğulayıb: 

“Bu forumda qəbul ediləcək oyun qaydalarına hamının əməl edəcəyinə əmin olmalıyıq. Bu forumun müsbət nəticələrini, Azərbaycanın neftdən asılılığının azalacağını və ölkənin şəhər, kəndlərində tarazlaşdırılmış dayanıqlı inkişaf gözləyirəm və bu sahədə Azərbaycanın yanında olmağa hazırıq”.

İlhamə Abdullayeva