4c2db175-d354-45b9-98bd-c9af825c7065..jpg

Dünya Bankının Azərbaycanda həyata keçirdiyi proqramlar müzakirə olunub – FOTO

Baxış sayı: 421 dəfə baxılıb.

Dünya Bankının Azərbaycanda həyata keçirdiyi proqramlar müzakirə olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyində Dünya Bankının Davamlı İnkişaf üzrə regional
direktoru ilə görüşdə bankla əməkdaşlığın genişləndirilməsi məqsədilə
hazırlanmış yol xəritəsi müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirin birinci müavini Elnur Əliyev Dünya Bankının Avropa və
Mərkəzi Asiya regionunun Davamlı İnkişaf üzrə regional direktoru Sameh Naquib
Vahba ilə görüşüb. Görüşdə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi
məqsədilə hazırlanmış yol xəritəsi təqdim edilib. Yaşıl və dayanıqlı şəhərlər,
rəqəmsallaşma, gəmiqayırma sənayesinin inkişafı, bərpa olunan enerji
mənbələrindən istifadənin artırılması, məşğulluğa dəstək və digər layihələr
barədə məlumat verilib.

Sameh Naquib Vahba Dünya Bankının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu
ifadə edib. Əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış yol
xəritəsinin tərəfdaşlığı gücləndirəcəyini diqqətə çatdırıb. Regional direktor
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının
29-cu sessiyasının – COP29-un ev sahibi kimi Azərbaycanı təbrik edib.
Təşkilatın COP29-la bağlı Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında işbirliyinin müxtəlif istiqamətləri
ətrafında fikir mübadiləsi aparılıb, qurumun Azərbaycanda xüsusilə şəhər, su və
kənd təsərrüfatı sahələrində həyata keçirdiyi proqramlar və gələcək layihələr
müzakirə edilib.

Source link