d9b25a2c-5ada-4ac2-acf3-2b322f08dc2d..jpg

Dünya Bankının rəsmisi: “Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur” – FOTO

Baxış sayı: 489 dəfə baxılıb.

Dünya Bankının rəsmisi: “Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur” –
FOTO

“Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Cixisyolu.com-a verilən
məlumata görə, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə
meneceri Stefanie Stallmeister əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayevlə görüşündə deyib.

S.Babayev S.Stallmeisteri yeni təyinatı münasibətilə təbrik edərək, nazirliklə
Dünya Bankının uğurlu əməkdaşlıq təcrübəsini, ötən dövrdə birgə icra olunan
layhələrin əhəmiyyətini diqqətə çatdırıb.

Xüsusilə “Məşğulluğa Dəstək Layihəsi”nin ölkəmizdə özünüməşğulluq proqramının
genişləndirilməsində, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsində
mühüm rolu vurğulanıb. 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində
ailə təsərrüfatlarının qurulmasına hədəflənən layihənin məşğulluq xidmətlərinin
və proqramlarının təkmilləşdirilməsində də dəstək olduğu qeyd edilib.

Son illər ölkəmizdə aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər,
həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğuluq
proqramlarının genişləndirilməsi işləri və s. barədə məlumat verilib.

S.Stallmeister ötən dövrdə səmərəli əməkdaşlığın həyata keçirilməsinin
məmnunluq doğurduğunu vurğulayıb. Görüşdə cari əməkdaşlıq gündəliyinə,
“Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərinə və gələcək əməkdaşlığa dair
fikir mübadiləsi aparılıb.

Source link