5d66ac7f-5d2d-476c-b058-cf5a1980ac95..jpg

Dünya bazarında dərman qıtlığı və bahalaşma – Səbəb nədir?

Baxış sayı: 822 dəfə baxılıb.

Dünya bazarında dərman qıtlığı və bahalaşma – Səbəb nədir?

Son dövrlərdə dünyada, xüsusən də qonşu ölkələrdə dərman qıtlığı və bahalığı
yetərincə aktuallaşıb. Dərman istehsalı və ixracı ilə tanınan, tibbi məhsullar
və dərmanla özünütəminetmə səviyyəsi yüksək olan ölkələrdə belə, bu problem
kəskin hiss olunmaqdadır. Məsələn, ötən ilin sonlarından Türkiyə, İran, habelə
Qazaxıstan və sair ölkələrdə cəmiyyət və media dərman bahalığı və qıtlığından
şikayət etməkdə, bu barədə həyəcan təbili çalmaqdadır.

Cixisyolu.com-ın məlumatına görə, Türkiyədə sözügedən sahədə problemin yaranmasının
əsas səbəblərindən biri də dərmanların qiymətinin avro məzənnəsi ilə
hesablanmasıdır. Türk lirəsi dəfələrlə dəyər itirdiyinə görə dərmanlar da xeyli
bahalaşıb. O da nəzərə alınmalıdır ki, Türkiyə hökuməti ötən ilin dekabrında
dərmanların yeni məzənnəyə uyğun olaraq 36,77% bahalaşmasını rəsmiləşdirib.

Dərman istehsal edən şirkətlər isə bazara dərman çıxarmamağa başlayıblar ki,
bu da məhsulun qıtlığına və “qara bazar”da dəfələrlə baha satılmasına səbəb
olub. Hökumət bu kimi hallara qarşı tədbir görsə də, ekspertlər bu tədbirlərin
ötəri effekt verəcəyini, bahalaşma və qıtlığın aradan qaldırılmayacağını qeyd
edirlər.

Ötən ilin payızından başlayaraq, İranda bir sıra dərmanların çatışmadığı
barədə xəbərlər yayılmaqdadır.

Bir neçə gün öncə Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi dərman
çatışmazlığı böhranı barədə növbəti dəfə çıxış edib.

Onun sözlərinə görə, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu
büdcə dərman bazarının yarısını belə əhatə etmir:

“Dərman idxalçılarının və dərman xammalının üzləşdiyi likvidlik problemi
göstərir ki, bütün xəbərdarlıqlara rəğmən, hökumət praktiki olaraq dərman
istehsalçılarının aşağı faizlə maliyyələşdirilməsi üçün heç bir əməli addım
atmayıb”.

Həmid Xoyi mart ayından sonra ölkədə dərman qıtlığı böhranının daha da
dərinləşəcəyi barədə xəbərdarlıq edib.

Qazaxıstanın Səhiyyə Nazirliyi isə bahalığın qarşısını almaq üçün dərman
vasitələrinin maksimal qiymətlərini müəyyən edib. Qazaxıstanın səhiyyə
nazirinin müavini Jandos Burkitbayevə görə, bəzi dərmanların qiyməti
istehsalçıların özləri tərəfindən qaldırılıb. O əlavə edib ki, yanvarın 9-da
departament 6715 adda dərmana qiymət limiti müəyyən edib. Qazaxıstanın səhiyyə
nazirinin müavini onu da vurğulayıb ki, 6 ay ərzində 1918 adda, yəni siyahıdakı
bütün dərmanların 29%-də qiymətlər təxminən 30% artıb.

Source link