6e4a2383-4191-4ccf-8a2d-b296295baf3f..jpg

Dünya brendi Rusiyada böyük məbləğdə cərimələndi

Baxış sayı: 603 dəfə baxılıb.

Dünya brendi Rusiyada böyük məbləğdə cərimələndi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva vilayətinin Arbitraj Məhkəməsi IKEA mebel brendini cəzalandırıb.

Məhkəmə Federal Vergi Xidmətinin regionlararası müfəttişliyinin Rusiyanı tərk
edən mebel konserninin strukturlarından biri – “Torq” MMC ilə bağlı ərizəsini
təmin edib.

Belə ki, məhkəmə “Torq” MMC-dən “Fami Limited”ə (İrlandiya) pul köçürmə
əməliyyatını etibarsız sayaraq, 12,9 milyard rublun (təxminən 242 milyon manat)
dövlətin xeyrinə müsadirə edilməsinə qərar verib.

Məhkəmə həmçinin qeyd edib ki, “Torq” MMC-nin daşınar və daşınmaz əmlakına, o
cümlədən banklarda və digər kredit təşkilatlarındakı vəsaitlərinə, əqli
mülkiyyət obyektlərinə də həbs qoyulub.

Mənbə: TASS

Source link